Pandemiya başlanan zamana qədər Azərbaycan Atletika Federasiyası ilə birgə 5-10km məsafəyə qaçış yarışları.
Uzun məsafəyə kütləvi qaçışlar təşkil etdik 2020 ci ildə Azərbaycan Atletika Federasyasında Qaçış hər kəs üçün Komitəsi yaradıldı. Dözümlülük üzrə məşqiçi Namiq Əsədovun Sədrliyi və Elşən Quliyevin müavinliyi ilə işə başladıq. Pandemiya bitdikdən sonra Gəlin Birlikdə Qaçaq layihəsi çərçivəsində qaçış yarışlarımza start verildi. Bakıda və digər şəhərlərdə qaçış yarışları, Ailə oyunları təşkil edildi .AAF-ın və ZQK-nın hədəfi bir tərəfdən gəncləri ödənişsiz qaçış məşqlərinə cəlb etməklə asudə vaxtılarını səmərəli keçirmələrinə, zərərli vərdişlərdən siqaretdən, narkomaniyadan heç olmasa gündə 2 saat sosial şəbəkədən uzaq olmalarına,yarış hədəfləri ilə məşqə odaqlanmalarına,həmyaşıdl-arı ilə sağlam İdman rəqabətinə köklənmələrinə şərayit yaratmaq,digər tərəfdən yaşından aslı olmayaraq 7dən 97 yə hər kəsin istənilən yaşda idmana başlamaqla sağlamlığını möhkəmləndirmək ,eyni zamanda onlarında öz yaşıdlarına rəqib ola bilmələrinə inandırmaq.,onlarda lazım dəstəyi göstərməkdir.
2023 cü ildə Cavid Qurbanov Atletika Federasiyasının Prezidenti seçildikdən sonra yarışlarımızın sayı daha da çoxaldı. Beləki Hunday Avto Azərbaycan Şirkəti ilə sosial məsuliyyət layihəsi çərçivəsində parlaq gələcək naminə ildə 2 dəfə uşaqlar və böyüklər olmaqla 18 kateqoriya 54 nominasiya olmaqla 5km.3km.2km.800m və digər məsafələrə qaçış yarışları təşkil edirik. 2023-2024 cü ildə Gəncə Şəhərində 11.5km məsafəyə qaçış yarışlarını Cavid Qurbanov şəxsən izlədi. Qalibləri mükafatlandırdı. 2023 cü ildə keçirilən bütün yarışlarımız Heydər Əliyev ilinə həsr olundu. 2023 cü il Noyabr Ayının 24 də Ulu Öndər Heydər Əliyevin eləcədə Azərbaycan Atletika Federasiyasının 100 illiyi münasibəti ilə 100 km yarış keçirdik.
2024 cü ildə də illik proqrama uyğun olaraq yenə ölkəmizdə İlk dəfə 13 yanvarda açıq qarlı havada veteran atletimiz Tarverdi Əliyevin 85 illiyinə həsr olunan 10km məsafəyə cool run yarış keçirildi. 2024 cü İlin 29 fevral 4 mart tarixində Azərbaycan Gənclər İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqasının birgə təşkil etdiyi Xankəndi Bakı Ultramarafonu 380km tarixi yarışın təşkilində vacib rol aldıq .2024 cü ilin iyul ayında. Gənclər İdman Naziri Fərid Qayıbovun təklifi,Azərbaycan Atletika Federasiyasının Prezidenti
Cavid Qurbanovun xeyir duası və dəstəyi ilə Zəfər Qaçış klubu yaradıldı. Hal hazırda Klubumuz Azərbaycan Atletika Federasiyasının bir parçası olaraq ölkəmizdə kütləvi qaçışın populyarlaşması üçün möhtəşəm layihələrə imza atmaqdadır.